Şagird dəhşətli qəza törətdi - 1 ölü, 4 yaralı

Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.


Kəpəz TV-nin verdiyi məlumata görə, hadisə ötən gün axşam baş verib. Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində içərisində 5 şagird olan VAZ 21 011 yol kənarındakı dirəyə çırpılıb. Hadisə baş verən zaman sükan arxasında orta məktəb şagirdi Orxan Ömərli olub.

Ağır qəza nəticəsində avtomaşını idarə edən O.Ömərli ilə yanaşı, maşında olan Ağstafa şəhər sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri alan 11-ci sinif şagirdi Y.Salıfov xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Orxan Ömərli maşını atasından xəbərsiz qaçıraraq dostları ilə əylənməyə çıxıbmış. Faktla bağlı Ağstafa polisi araşdırma aparır.


AzNews.az