Bakıda yeraltı və yerüstü piyada keçidlərin tikintisi davam edir. Son illərdə təqribən 60 belə keçid inşa olunub, mövcud keçidlər rekonstruksiyaya məruz qalıb. Hazırda şəhərin müxtəlif səmtlərində yeni keçidlər inşa olunur. Bakıda yeraltı və yerüstü piyada keçidlərin tikintisi davam edir. Son illərdə təqribən 60 belə keçid inşa olunub, mövcud keçidlər rekonstruksiyaya məruz qalıb. Hazırda şəhərin müxtəlif səmtlərində yeni keçidlər inşa olunur.

Bakıda yenə əlilləri unutdular - FOTO

Bakıda yeraltı və yerüstü piyada keçidlərin tikintisi davam edir. Son illərdə təqribən 60 belə keçid inşa olunub, mövcud keçidlər rekonstruksiyaya məruz qalıb. Hazırda şəhərin müxtəlif səmtlərində yeni keçidlər inşa olunur.



AzNews.az Day.Az-a istinadən xəbər ki, bu yaxınlarda Atatürk prospekti, 47 ünvanda yeni yerüstü keçid istifadəyə veriləcək.Təxminən 10-15 gün sonra keçidin açılışı olacaq.Uzunluğu 86 metr, eni 3,5 metr, yerdən hündürlüyü 6,5 metr olan keçidin 3 giriş-çıxışı, 4 eskalatoru və pilləkənləri var.Çıxışlardan biri park istiqamətinə olduğundan yaxınlıqdakı binanın sakinləri hərəkətin gur olduğu yolu keçməyərək keçiddən yararlana biləcəklər.

Layihə pis deyil, amma o hazırlananda məhdud imkanlara malik insanlar nəzərə alınmayıb. Keçiddə panduslar yoxdursa, əlil insanlar yolun o biri tərəfinə və ya parka necə keçsinlər? Ümumiyyətlə, Bakıda yeraltı və yerüstü keçidlər inşa ediləndə nədən əksər hallarda əlillər nəzərə alınmır?

Suallar cavabını gözləyir.
image description image description image description image description image description