Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hündürmərtəbəli yaşayış binaları ilə bağlı sərt qərar qəbul edib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hündürmərtəbəli yaşayış binaları ilə bağlı sərt qərar qəbul edib.

Kəmaləddin Heydərov “dəmir barmaqları” kəsdirir - FOTO

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hündürmərtəbəli yaşayış binaları ilə bağlı sərt qərar qəbul edib.



AzNews.az xəbər verir ki, qərara əsasən binaların eyvanlarına və pəncərələrə quraşdırılan dəmir barmaqlıqlar ("reşotka") sökülməlidir.

Məlumata görə bu qərarın verilməsi mənzillərdə yanğın və ya hər hansı fövqəladə hadisə baş verdikdə barmaqlıqların xilas etmə tədbirlərinə maneçilik etməsilə bağlıdır.

Bununla bağlı binaların girişində xəbərdarlıq lövhələri asılıb. Mənzil sahiblərindən xahiş olunur ki, tez bir zamanda barmaqlıqlar sökülsün. Bu işlərə görə, sakinlərə bir ay vaxt verilib.

Əks halda binalara qazın verlişinin dayandırılması xəbərdarlığı verilib.
Sakinlərin dediyinə görə, FHN-dən daha bir göstəriş də verilib. Bu, qaz sayğaclarının və "kombi" – istilik sisteminin üstünün açıq saxlanması ilə bağlıdır.





Gültəkin ƏLƏSGƏR
image description