Tanınmış jurnalist Rafael İlyasov vəfat edib. Tanınmış jurnalist Rafael İlyasov vəfat edib.

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist Rafael İlyasov vəfat edib.


AzNews.az xəbər verir ki, Rafael İlyasov 60 yaşında uzun çəkən xəstəlikdən dünyasını dəyişib.

Naxçıvan Muxtar Respublikasının "Sovetskaya Naxiçevan" qəzetində baş redaktor müavini, Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində böyük redaktor, "Mir" dövlətlərarası teleradio şirkətində informasiya şöbəsinin müdiri, Gömrük Komitəsinin mətbuat xidmətində baş redaktor, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində baş məsləhətçi vəzifələrində çalışıb.

Mərhumla vida mərasimi bu gün saat 11-dən 13-ə qədər Təzəpir məscidində olacaq.

Allah rəhmət eləsin!

AzNews.az