Ermənistanın “Məlumatlı vətəndaş birliyi” dünən bu ölkənin Avrasiya İqtisadı Birliyinə üzvlüyü barədə razılaşma layihəsini çap edib. Ermənistanın “Məlumatlı vətəndaş birliyi” dünən bu ölkənin Avrasiya İqtisadı Birliyinə üzvlüyü barədə razılaşma layihəsini çap edib.

Ermənistan Dağlıq Qarabağdan vaz keçir?

Ermənistanın “Məlumatlı vətəndaş birliyi” dünən bu ölkənin Avrasiya İqtisadı Birliyinə üzvlüyü barədə razılaşma layihəsini çap edib.



AzNews.az xəbər verir ki, müqavilənin ayrılmaz hissəsini təşkil edən 2-ci əlavənin 7-ci bəndində aydın şəkildə "Gömrük İttifaqının 17 noyabr, 2009-cu il müqaviləsinin 1-ci hissənin 2-ci maddəsində göstərilən gömrük kodeksinə "Ermənistan Respublikası" sözü əlavə olunsun" yazılıb.

Sözügedən müqavilənin 1-ci hissənin 2-ci maddəsində göstərilib ki, Gömrük İttifaqının vahid gömrük sərhədlərini Belarus Respublikasının, Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının əraziləri, həmçinin bu dövlətlərin sərhədləri xaricində Gömrük İttifaqı üzv ölkələrinin yurisdiksiyasında olan süni adalar, qurğular və digər tikililər təşkil edir.

Beləliklə "Ermənistan Respublikası" söz birləşməsini əlavə edərkən Dağlıq Qarabağ kənarda qalır. Çünki, Dağlıq Qarabağ nə süni ada, nə qurğu , nə də tikilidir. Ermənistanın da qondarma bu qurum üzərində heç bir yurisdiksiyası yoxdur.
Bundan əlavə , müqavilənin digər maddələrində də Dağlıq Qarabağın Gömrük İttifaqından kənarda qaldığı görünür.

Qeyd edək ki, Ermənistanın bu müqaviləni 10 oktyabrda imzalayacağı gözlənilir. Bu halda müqavilə 1 yanvardan qüvvəyə minəcək.


Aydan Axundova
AzNews.az