- Köhnə - Hadisə
- 30 Sentyabr 2014 13:29
- 3 607
AFFA-dan 5 kluba cəza

AFFA İntizam Komitəsinin (İK) sentyabrın 30-da iclası keçirilib.
AzNews.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, İK Premyer Liqanın 7-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Belə ki, Azərbaycan Premyer Liqasının VII turunun "Bakı" – "Araz Naxçıvan" qarşılaşmasının 78-ci dəqiqəsində "Bakı"nin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
"Neftçi" – "Qarabağ" görüşündə "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.
AZAL – "İnter" oyununda AZAL və "İnter"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki kluba 1000 manat cərimə verilib.
"Qəbələ" – "Xəzər-Lənkəran" qarşılaşmasında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AzNews.az