“Bu ilin 6 ayı ərzində Azərbaycanda baş verən texnogen mənşəli hadisələr zamanı 38 nəfər ölüb, 93 nəfər xəsarət alıb”. “Bu ilin 6 ayı ərzində Azərbaycanda baş verən texnogen mənşəli hadisələr zamanı 38 nəfər ölüb, 93 nəfər xəsarət alıb”.

Son 6 ay ərzində 38 nəfər ölüb - Texnogen hadisələrdə

“Bu ilin 6 ayı ərzində Azərbaycanda baş verən texnogen mənşəli hadisələr zamanı 38 nəfər ölüb, 93 nəfər xəsarət alıb”.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, 2014-cü ilin ilk yarımilliyi ərzində Azərbaycanda ümumən 4845 təbii və texnogen hadisə baş verib. Onlardan 63-ü təbii, 4782-si isə texnogen mənşəli olub. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1021 hadisə və ya 27% çoxdur.Ölüm və xəsarət faktlarının hamısı texnogen mənşəli hadisələr zamanı qeydə alınıb. İnsan tələfatının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində 7 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

Qeyd edək ki, ötən 2013-cü ilin analoji dövründə ölkədə 3824 təbii (69) və texnogen (3755) hadisə baş vermişdi. Onlardan 69-u təbii, 3755-i isə texnogen mənşəli olmüşdu. Hadisələr nəticəsində 46 nəfər ölmüş, 65 nəfər xəsarət almışdı. İnsan tələfatının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində 4 nəfər xilas edilmiş, 63 nəfər təxliyə olunmuşdu.


AzNews.az