Balakən rayonunda 38 yaşlı kişi bıçaqlanıb. Balakən rayonunda 38 yaşlı kişi bıçaqlanıb.

Balakəndə bıçaqlanma hadisəsi baş verdi

Balakən rayonunda 38 yaşlı kişi bıçaqlanıb.



Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Tülü kənd sakini, 1976-cı il təvəllüdlü Akif Camal oğlu Bayramov qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Akif Bayramovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
image description