Mingəçevir Dövlət Dram Teatrının bir qrup aktyoru işdən çıxıb. Mingəçevir Dövlət Dram Teatrının bir qrup aktyoru işdən çıxıb.

Teatrdan qovulan 1 nəfərə görə 4 aktyor işdən çıxdı

Mingəçevir Dövlət Dram Teatrının bir qrup aktyoru işdən çıxıb.


AzNews.az xəbər verir ki, bu barədə teatrın işdən qovulan aktyoru İbrahim Salamov özünün Facebook səhifəsində yazıb: "Mingəçevir Teatrının direktorunun sənətdən xəbərsizliyinə, biznes marağında olduguna, işini bilən işçiyə qarşı "repressiyasına" etiraz əlaməti olaraq bir neçə aktyor işdən uzaqlaşıb".

Aktyorlar "alverçi" direktorla işləməyin cox çətin olduğunu bildirib: "Onun kimi səriştəsiz, haqq tapdayan, sənətdən xəbəri olmayan bir direktorla işləməkdənsə, işdən azad olmaq üstündür".

Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, kollektivin 4 üzvü ərizə ilə işdən ayrılıb: "4 aktyor – Əsmət Qurbanova, Asim Muxtarov, Rizvan Əzimzadə və Günel Əhmədova ərizə ilə müraciət edib ki, işdən çıxmaq istəyirlər. Ərizələr artıq teatrın rəhbərliyindədir. Günel xanım ərizəsini dünən təqdim edib, 3 nəfər isə bu gün yazıb. Onlar ərizələrində qeyd ediblər ki, guya onlara təzyiq olunur, bu mühütdə işləmək istəmirlər. Əslində isə yalandır, onlara heç bir təzyiq göstərilmir. Onlar aktyor İbrahim Salamovun çıxarılmasına etiraz əlaməti olaraq işdən getdilər. Amma İbrahim Salamov daxili nizam-intizamı pozduğu üçün teatrdan qovulub".

Bahar RÜSTƏMLİ
AzNews.az