Rəis müavini qəza törətdi – Piyada öldü

Daxili İşlər Nazirliyinin əməkdaşı dünən axşam saatlarında qəza törədib.


AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 4-ü saat 22:30 radələrində Bül-Bülə qəsəbəsində baş verib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kurs rəisinin müavini polis kapitanı 1972-ci il təvəllüdlü Əliyar Ramazanov idarə etdiyi Mercedes markalı 90 UE 940 nömrəli avtomobillə Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Qabil Məmmədovu vurub.


14 yaşlı Q.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.