Bakıda sərnişin avtobusu yandı

Bakıda "FORD" markalı sərnişin avtobusu yanıb.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "FORD" markalı sərnişin avtobusunun salon hissəsinin yanar konstruksiyaları, içərisinə yığılmış meyvə çərəzləri və 2 ədəd arxa təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.