Şirkət rəhbəri ofisində özünü güllələdi – Bakıda

Paytaxtda kişi meyiti aşkar edilib.



AzNews.az xəbər verir ki, bu haqda Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat verilib.

Məlumata görə, hadisə İnşaatçılar prospekti, 22/26 ünvanında qeydə alınıb. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, F.Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. İntihar şirkətin ofisində baş verib.