- Köhnə - Hadisə
- 22 Mart 2015 21:37
- 4 729
Bakıda 56 yaşlı kişinin yanan meyiti tapıldı
Bakıda mənzillərin birində 56 yaşlı kişinin yanan meyiti tapılıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.
Hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanan meyiti aşkarlanıb.
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.