Göyçay rayonunda ev yandı

Göyçay rayonunda ikimərtəbəli evdə yanğın olub.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Bığır kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.