Yəməndəki azərbaycanlılar təxliyyə olunur - Video

Müharibə gedən Yəməndən azərbaycanlıların çıxarılmasına başlanıb.



Bu barədə Space TV-yə Azərbaycanın Yəməndəki səfirliyindən bildirilib. Artıq azərbaycanlıların çıxarırılması üçün Türkiyədən təyyarə çağrılıb.

Qeyd edək ki, Yəməndə səfirliyi fəaliyyət göstərmədiyi üçün Yəməndə olan hadisələrlə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Yəməndəki həmyerlilərimizin taleyi ilə maraqlanır. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi Emin Qasımzadə bildirib ki, artıq 7 nəfər Azərbaycan vətəndaşı Türkiyə tərəfinin vasitəsilə Türkiyə vətəndaşları ilə birgə Yəməndən əvvəlcə Cibutiyə, oradan da "Türk Hava Yolları"nın təyyarəsi ilə Türkiyəyə təxliyyə olunacaq. Təxliyyə edilən vətəndaşlarımız bunlardır:

Fuad İmanquliyev, onun həyat yoldaşı Şəhla İmanquliyeva, övladları Bilal
İmanquliyev, Faiq İmanquliyev, Tüba İmanquliyev, Cəfərov Rüstəm Vəliəht oğlu və onun həyat yoldaşı Senakosova Marina Valerievna.