Yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb. Yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb.

Həkimin mənzilindən pul və qızıl oğurlayan şəxs tutuldu

Yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, oğurluq iki nəfər tərəfindən törədilib.

Onlardan biri Astara rayon sakini Elvin Əliyev Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən tutulub.

Digər cinayətkar Anar Əliyevin isə axtarışı davam edir.


Oğurlanan qızıl əşyaları Lənkəran şəhər sakini Füzuli Zeynalova satılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Mircəlal Kazimi Mirkazım oğlu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.