- Köhnə - Hadisə
- 11 Aprel 2015 21:14
- 5 889
Polis rəisi intihar etdi
Türkiyədə polis rəisi intihar edib.
AzNews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İzmir şəhərinin Basınsitesi bölgəsində qeydə alınıb.
Gürçeşme Polis Peşə Ali Məktəbində direktor müavini vəzifəsində çalışan polis rəisi Suhat Aytemiz evində tapança ilə özünü öldürüb.
Onu qan içində həyat yoldaşı görüb və zəng edərək təcilə yardıma, polisə məlumat verib.
Tibb işçiləri gələnədək o, dünyasını dəyişib.
İki qız uşağı olan Aytemizin intihar etməsinin səbəbləri bilinmir. O, intihar etməsi haqda heç nə yazmayıb. Araşdırma nəticəsində məlum olub ki, polis rəisinin sağlamlığında problem olub.
Hadisə ilə bağlı istintaq davam edir.