“Metropark”da 30 nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB

Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.


Bakıda tanınmış ticarət mərkəzində zəhərlənənlərin hamısı evə buraxılıb.

Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib.

Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasından Trend-də bildiriblər ki, onların yarısına yerində ilkin tibbi yardım göstərilib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, şöbəyə 25 xəstə daxil olub: "Onların hamısı müayinə edildikdən sonra evə buraxılıb".

18.21

AzNews.az xəbər verir ki, bu haqda məlumat Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilib.

Hadisə bu gün "Metropark" Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.