Azərbaycanda bu gecə bir neçə evdə yanğın olub. Azərbaycanda bu gecə bir neçə evdə yanğın olub.

Bu gecə Azərbaycanda bir neçə evdə yanğın oldu

Azərbaycanda bu gecə bir neçə evdə yanğın olub.


AZNEWS.AZ xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Lənkəran rayonu, Şiləvar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan hamamda lambirdən ibarət tavan 4 kv.m sahədə yanıb.

Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Gəncə şəhəri, Kəpəz rayonunda isə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 6 kv.m sahədə döşəmə və məişət tullantıları yanıb.