“Bakı 2015”in rəsmi xəbər agentliyi məlum oldu- FOTOLAR

12 iyun tarixində start götürəcək Birinci Avropa Oyunlarının rəsmi xəbər agentliyi olacaq AZƏRTAC-la bu gün tərəfdaşlıq əldə olunduğunu açıqlayıb.



AzNews.az xəbər vrir ki, AZƏRTAC jurnalistlər, fotoqraflar və operatorlardan ibarət 50 nəfərlik işçi heyətilə, Oyunların geniş yayımını təmin edəcək yeganə, ən böyük yerli media qurumu olacaq.

Yazılardan və fotoşəkillərdən ibarət hazırlayacaqları yazılar bir neçə dildə olacaq.

Açılış mərasimindən öncə, AZƏRTAC öz resurslarından həm yerli, həm də beynəlxalq ictimaiyyətdə Birinci Avropa Oyunlarının təbliği üçün istifadə edəcək. Buraya Bakı 2015-də mübarizə aparan idmançılar haqqında həftəlik məqalələr, eləcə də Oyunlar çərçivəsində "uğur hekəyələri"ni təbliğ edən yazılar daxildir.

Müqavilənin bir hissəsi olaraq, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında Bakı 2015-in müəyyən olunmuş nişanından və "Bakı 2015 Avropa Oyunlarının rəsmi xəbər agentliyi" adından istifadə etmək və nəşr etmək hüququna sahibdir.

image description image description