Bir nəfər intihara cəhd etdi - Bakıda

Bakı şəhərində bir nəfər intihara cəhd edib.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb və təhlükəsiz əraziyə endirilib.