Bakıda şirkətdən oğurluq edildi - 28 min manat

Bakıda oğurluq hadisəsi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Bakı - Salyan şosesinin 25-ci kilometrliyində yerləşən "CİDC Baku MMC" də qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər şirkətdən 155 ədəd işıq plafonu, 200 ədədə projektor lampası və 16 ədəd müşahidə kamerasını oğurlanıb.

Oğurlanan malların ümumi dəyərinin 28 min manat olduğu bildirilir.