- Köhnə - Hadisə
- 17 May 2015 23:39
- 2 875
Bakıda toyda kütləvi dava
Bakıda “Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.
Axar.az-a verilən özəl məlumata görə, toy mərasimində mübahisə yaranıb. Mübahisə zəminində bəy evindən qonaq olan Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib. Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.