ABŞ-da atışma: 9 ölü - VİDEO

ABŞ-da atışma olub. Nəticədə 9 nəfər dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "24today" saytı yayıb.

Məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. Bir-biri ilə düşmən olan 2 bayker dəstəsi arasında ciddi qarşıdurma olub. Hadisə yerinə gələn polislər arasında ölən olmayıb.

Hazırda insidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə isə Vaşinqtonda ABŞ-ın vitse prezidenti Jozef Baydenin evinin yaxınlığında bir ailənin 4 üzvü vəhşicəsinə qətlə yetirilib.