Elektirk mühəndisi müdirin otağında öldü

Cəlilabad rayonunda ölüm hadisəsi qeydə alınıb.


AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Rizvan Qəmbərov çalışdığı Cəlilabad Elektikşəbəkəsinin inzibati binasında, müdirin qəbul otağında dünyasını dəyişib.Ürək xəstəliyindən əziyyət çəkən Rizvan Qəmbərovun idarədə Oqtay adlı şəxslə mübahisə etdiyi də deyilir.

Qeyd edək ki, mərhum sözügedən qurumda elektrik mühəndisi kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.