Evakuator qəzaya səbəb oldu - Dərnəgül bağlandı (FOTO)

Bakıda evakuator maşını qəzaya səbəb olub.


AzNews.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində (Dərnəgül yolu) qeydə alınıb.

10 KG 446 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili tuneldə dayanan evakuatora çırpılıb. Nəticədə yolda nəqliyyatın hərəkəti dayanıb və böyük tıxac yaranıb.

Hazırda qəzanın səbəbləri polis tərəfindən araşdırılır.




Səbuhi
AzNews.az