Xaçmazda bir nəfər dənizdə batıb. Xaçmazda bir nəfər dənizdə batıb.

22 yaşlı oğlan dənizdə boğuldu

Xaçmazda bir nəfər dənizdə batıb.




AzNews.az FHN-ə istinadən xəbər verir ki, dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.