Polisə müqavimət göstərən sərxoş qadın saxlanıldı - BAKIDA

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində sərxoş halda sükan arxasına keçən qadın sürücü polis tərəfindən saxlanılıb.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, qəsəbə ərazisində saxlanılan 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəclə öz əməlinə haqq qazandırmağa çalışıb.

Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxardı. Sənədlərini təhvil verməkdən və maşını tərk etməkdən boyun qaçıran Ayğun Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün isə, əlavə köməyə ehtiyyac yarnıb.

Post patrul xidməti əməkdaşlarının köməyi ilə maşından düşürülən qadın sürücü üzərində daha sonra sərxoşluq müayinəsi aparılıb. Müayinə zamanı isə, onun oxşar əməlinin də üstü açıldı.

Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunmaqla yanaşı ona məxsus avtomobil müvəqqəti dayanacağa aparılıb. Görünən isə odur ki, Ayğun Cəfərova bu gedişlə sürücülük hüququndan da məhrum ediləcək.