Türkiyənin Kocaeli şəhərinin Gebze rayonundakı bir alış-veriş mərkəzinə gedən 20 yaşlı Zeynəb Uğuz 3-cü mərtəbədə söykəndiyi şüşənin qırılması nəticəsində düşərək ağır yaralanıb. Fatih Dövlət Xəstəxanasına qaldırılan gənc qız burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Türkiyənin Kocaeli şəhərinin Gebze rayonundakı bir alış-veriş mərkəzinə gedən 20 yaşlı Zeynəb Uğuz 3-cü mərtəbədə söykəndiyi şüşənin qırılması nəticəsində düşərək ağır yaralanıb. Fatih Dövlət Xəstəxanasına qaldırılan gənc qız burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Alış-veriş mərkəzində gənc qız belə öldü – VİDEO

Türkiyənin Kocaeli şəhərinin Gebze rayonundakı bir alış-veriş mərkəzinə gedən 20 yaşlı Zeynəb Uğuz 3-cü mərtəbədə söykəndiyi şüşənin qırılması nəticəsində düşərək ağır yaralanıb. Fatih Dövlət Xəstəxanasına qaldırılan gənc qız burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 17.00 radələrində Qədim Bazar səmtində yerləşən ticarət mərkəzində baş verib.

Kredit ödəmək üçün mübadilə mərkəzinə getdiyi öyrənilən Zeynəb Uğuz bir müddət gəzdikdən sonra 3-cü mərtəbədə dincəldiyi vaxt şüşəyə söykənib. Şüşənin bir anda qırılması nəticəsində tarazlığını itirən gənc qız yerə düşüb. Betona çırpılan Zeynəb Uğuz ağır yaralanıb.

Gənc qız təcili tibbi yardım maşınıyla Gebze Fatih Dövlət Xəstəxanasının Təcili Xidmətinə aparılıb. Ancaq o, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Polis hadisəylə bağlı istintaqa başlayıb.