- Köhnə - Hadisə
- 18 İyul 2015 21:06
- 2 584
Sərxoş sürücü yol polisinə xəsarət yetirdi - Yeniləndi
Yol polisinə xəsarət yetirən sürücünün kimliyi məlum olub.
Göygöl rayonu polis şöbəsindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektoru, çavuş Ağa Məmmədova daşla xəsarət yetirən şəxs - Elşən Abbasov polis tərəfindən saxlanılıb. Onun ağır dərəcəli sərxoş olduğu bildirilir. İş üzrə istintaq tədbirləri davam etdirilir.
***
20:48
Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib. İdarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.
AzNews.az-ın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb. Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.
Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.