- Köhnə - Hadisə
- 22 İyul 2015 10:39
- 5 375
Toyda kütləvi dava, yaralılar var - Bərdədə

Bərdə rayonunda toyda kütləvi dava düşüb.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Böyükgöyüslü kəndində qohumlar arasında baş verib.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan Camalov Camal Akif oğlunun vəziyyəti ağır olduğundan, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, 28 yaşlı yaralı dəmir parçaları ilə başından və bədənindən çoxsaylı xəsarətlər alıb.
Hadisə zamanı xəsarət alan digər 3 yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb .
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.