71 yaşlı qadın çardaqdan yıxılaraq öldü - Şəkidə

Şəkidə bədbəxt hadisə baş verib. 71 yaşlı qadın çardaqdan yıxılaraq ölüb.


AzNews.az xəbər verir ki, Aşağı Göynük kənd sakinlərinin Anspress-ə verdiyi məlumata görə, Aşağı Göynük kənd sakini, 1944-cü il təvəllüdlü Sürayə Mahmud qızı Səmədova çardaqda yumurtlayan toyuqlarının yumurtasını götürmək üçün yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağına çıxıb. Elə bu zaman çardağın döşəməsinə bərkidilmədən düzülmüş taxta ayağının altından çıxıb və nəticədə qadın tövlənin içinə yıxılaraq ağır bədən xəsarətləri alıb.

Yaralını dərhal xəstəxanaya çatdırıb reanimasiya şöbəsinə yerləşdiriblər.

Yıxıldığı zaman ağır kəllə-beyin travması alan 71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.