İçkili qadın sürücü aləmi qatdı

Moskvanın Kutuzov prospektində kütləvi qəzanın səbəbkarı bəlli olub. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Mercedes markalı avtomobili idarə edən qadın sürücü sükan arxasına bir butulka arağı boşaltdıqdan sonra əyləşib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili böyük sürətlə idarə edən qadın eyni anda bir neçə zolağa çıxıb və daha sonra motosikletə çırpılıb. Qəzadan sonra həm Mercedes həm də motosiklet qarşı yola düşüb və zəncirvarı qəzaya səbəb olub. Nəticədə iki sürücü ağır xəsarət alıb. Prospektdə isə nəqliyyatın hərəkəti bir neçə saat dayanıb. İçkili qadının saxlanıldığı bildirilir.

Sadiq Musa
AzNews.az