Dünən Səbail rayonu ərazisində, M.F.Axundov adına kitabxananın qarşısında taksi sürücüsü ilə polis arasında insident baş verib. Dünən Səbail rayonu ərazisində, M.F.Axundov adına kitabxananın qarşısında taksi sürücüsü ilə polis arasında insident baş verib.

Bakıda daha bir polis-sürücü davası - Video

Dünən Səbail rayonu ərazisində, M.F.Axundov adına kitabxananın qarşısında taksi sürücüsü ilə polis arasında insident baş verib.

AzNews.az xəbər verir ki, insidentə səbəb taksi fəaliyyətilə məşğul olan sürücünün avtomobilinin qanunsuz olaraq evakuatorla cərimə meydançasına aparılması olub.

Sürücü avtomobilini saxlamaq üçün icazə verildiyi yerdə saxladığını, həm də avtomobilinin yanında olduğunu bildirir. Lakin Polis əməkdaşları bunlara məhəl qoymadan avtomobili cərimə meydançasına aparıb. Buna qarşı çıxan sürücüyə isə zor tətbiq olunub və ona qarşı nalayiq ifadələr işlədilib.

Hadisənin şahidi olan AzNews.az-ın əməkdaşı baş verənlərin bir qismini lentə ala bilib. Həmin videonu təqdim edirik: