Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında “Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 9 yaralının vəziyyəti ağır olaraq qalır. Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında “Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 9 yaralının vəziyyəti ağır olaraq qalır.

Sumqayıt faciəsində yaralananlarla bağlı - Son xəbər

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında “Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 9 yaralının vəziyyəti ağır olaraq qalır.


Sumqayıt Şəhər Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, hazırda yaralı Südabə Rüstəmova reanimasiyadadır: "S.Rüstəmova xəstəxanaya gətiriləndə huşsuz və çox ağır vəziyyətdə idi. Xəstənin bir ayağı amputasiya olunub. Vəziyyəti ağır olaraq qalır. Amma dünən axşam az da olsa özünə gəlib danışa bildi".

Xəstəxanadan verilən digər məlumata görə, qəzada xəsarət alan 8 yaralı travmatologiya şöbələrinə köçürülüb: "Yaralıların əksəriyyəti aşağı ətraflardan kəsici xəsarətlər alıblar. Bir çoxunun da ayağı amputasiya olunub. Hazırda Südabə Rüstəmovdan başqa 8 yaralı travmatologiya şöbələrinə köçürülüb. Onların evə buraxılacağı tarix isə dəqiq bilinmir. Çünki xəstələrin vəziyyəti ağır olaraq qalır".

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Yaralıların siyahısı:

1. Ağakişiyev Baloğlan
2. Cavadov Rövşən
3. Məmmədova Əsmər
4. Əhmədov Rəşad
5. Allahverdiyev İbadət
6. Paşabəyov Asif
7. Əliyev Bəhruz
8. Rüstəmova Südabə
9. Elçin Qarayev

Qəza nəticəsində Abdullayev Amil, Cəfərov Elnur və Məmmədova Ofelya dünyasını dəyişib.

Sevinc Yasinqızı
AzNews.az