Masallı rayonunda toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb. Masallı rayonunda toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb.

Masallıda toyda qanlı dava - 1 ölü

Masallı rayonunda toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb.


AzNews.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, hadisə rayonun Şərəfə kəndindəki şadlıq sarayının qarşısında baş verib.

Masallı rayonunun Ağakişibəyli kənd sakini, 46 yaşlı Salman Qurbanov Məmmədxanlı kənd sakini 32 yaşlı İntizar Rzayevlə mübahisə edib. Salman mübahisə zamanı üzərində olan qatlanan cib bıçağı ilə İntizarın döş qəfəsinin sol ön hissəsindən bir neçə dəfə vurub.

Yaralı hadisə şahidləri tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən, həkimlər onun həyatını xilas edə bilməyib. Artıq hadisəni törətməkdə təqsirli bilinən Salman Qurbanov rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində rayon məhkəməsinin qərarı ilə 4 aylıq müddətdə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda CM-in müvafiq maddəsi ilə cinayət işi başlanıb.