Gədəbəy və Tovuzda yanğın

Gədəbəy və Tovuzda yanğın hadisəsi baş verib.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın hadisəsi baş verib. Yanğın zamanı sahədə yığılan 1 ton ot bağlamasından 200 kloqramı yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Tovuz rayonu, İbrahimhacılı kəndində də vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.