Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib. Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.

Oğul atasına armaturla xəsarət yetirdi - Xaçmazda

Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov oğlu 1983-cü il təvəllüdlü Namiq İbrahimov tərəfindən döyülüb.

Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəminində oğlu atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimov kəllə beyin travması, baş beynin əzilməsi, təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.