“Başını kəsdim, cəsədini yaxınlıqdakı kolluğa tulladım” “Başını kəsdim, cəsədini yaxınlıqdakı kolluğa tulladım”

Kəşfiyyatçımız ermənilərin məşhur döyüşçüsünü necə öldürdü?

“Başını kəsdim, cəsədini yaxınlıqdakı kolluğa tulladım”



"Melkonyanın başından da qiymətli məlumatlar gətirmişdik, həmin məlumatlar əsasında ermənilərin hərbi bazası məhv edildi"

Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general Talib Məmmədovun terrorçu Monte Melkonyanın öldürülməsi ilə bağlı bəyanatlarının ardınca, 708-ci briqadanın batalyon komandiri Xətai Baxışovun da "Avo" ləqəbi ilə tanınan Monte Melkonyanın "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov tərəfindən öldürülmədiyi ilə bağlı fikirlər səsləndirib.

AzNews.az-a açıqlamasında İbad Hüseynov bu fikirləri "gülünc" adlandıraraq, mövzunun indi gündəmə gətirilməsinin onun özü üçün də qaranlıq olduğunu bildirib. "Başa düşə bilmirəm ki, general özünü niyə gülünc vəziyyətə salır? Belə fikirlərlə ermənilərə mövzu veririk" deyə İ.Hüseynov vurğulayıb.

Döyüşçü 1993-cü ilin iyununda baş verən hadisənin təfərrüatlarını da AzNews.az-a açıqlayıb: "Mən kəşfiyyata birbaşa tapşırıqla getmişdim. Məni göndərənlər isə komandirlərim, MTN nümayəndələri, general idi. Ermənilər Ağcabədinin Qiyamadınlı kəndinə gimişdilər, məqsəd Ağcabədini tutmaq idi. Məni qərargaha çağırdılar, bildirdilər ki, ermənilərin arxasına keçib, böyük bir hadisə törətmək lazımdır. İyunun 10-da axşam saatlarında yola düşdük, səhər saat 5 radələrində ermənilərin arxasına keçdik.

Ora gedənə qədər kanalizasiya sularının axıdıldığı çaydan keçməli olduq. İyunun 11-də artıq müəyyən müşahidələr aparmışdıq. Ermənilərin ərazidə bir hərbi bazası vardı, o, Melkonyandan da dəfələrlə qiymətli idi".

Həmsöhbətimiz bildirib ki, 14 kəşfiyyatçı ilə bərabər apardıqları müşahidələr zamanı sonradan "Avo" olduğunu öyrəndikləri şəxsin UAZ markalı maşınla gəldiyini görüblər: "Avo əvvəlcə bazaya, daha sonra səngərə getdi. Bundan sonra Kurapetkina kəndindən keçib maşınla Muğanlya tərəf getdi. İki kəndin arasından axan çayda maşın birdən-birə dayandı.

Maşından bir nəfər 2 əsgərlə bərabər düşdü. Mən 4 nəfər kəşfiyyatçını götürüb, həmin adamı diri tutmaq istədik. Yaxınlıqda məktəb vardı, ermənilər məktəbi dağıtmışdılar. Uşaqlar həmin məktəbdə gizləndilər, məhz həmin şəxslə qarşı-qarşıya çıxdım. Əlində avtomat var idi. Məni görüb əvvəlcə özününkülərdən bildi. Rus dilində silahı atmasını əmr etdim, sonra da Azərbaycan dilində sözlərimi təkrarladım. Bundan sonra mənin azərbaycanlı olduğumu bildi. Təəccüblənsə də əlində avtomatı hazır tutmuşdu. Çox təcrübəli idi. Mənim avtomatımın qoruyucusu açıq idi. Onu əvvəlcə qarnından yaraladım, avtomat əlindən düşdü".

İ.Hüseynivun sözlərinə görə, bundan sonra da erməni ona müqavimət göstərməyə çalışıb: "Sürünə-sürünə avtomatını əlinə almaq istəyirdi. Bundan sonra onun sifətinə təpik vurdum. Bu sonradan başla çəkdirdiyimiz şəkildən də görünür. Bir anda hər şey, Xocalı soyqırımı gözümün qarşısından keçdi.

Qışqırıb yalvarırdı. Başını kəsdim, cəsədini yaxınlıqdakı kolluğa tulladım. Sonra yenidən cəsədin üzərindəki sənədləri götürdüm ki, komandanlığa təhvil verim. Hətta cibində bir diyircəkli qələmi də vardı, üstündə erməni dilində nəsə yazılmışdı. Sonradan oxutdurdum, dedilər ki, qadın adıdır. İndi də o qələm məndədir".

İ.Hüseynov deyir ki, erməninin başını kəsdikdən sonra həmin başla şəkillər çəkdiriblər: "Axşam saatlarında ermənilər 4 tank və 2 avtobusla axtarışa çıxdılar. Hamısı "Avo" deyə qışqırırdılar. Biz 23-24 yaşlı gənclər idik, hətta kəşfiyyatçılardan ikisinin ayağı tutulmuşdu, onları ərazidən sürüyüb çıxartdıq. Səhər saat 4-də ermənilər axtarışı dayandırdılar. Biz 3 gün idi ki, ratsiyanı bağlamışdıq, bizimkilər də bizim öldüyümüzü güman edirdilər. Ratsiyanı açıb sağ olduğumuzu xəbər verdim. Ağdamın Mərzili kəndi yaxınlığında bizi qarşılayıb qərargaha gətirdilər. Başı da, sənədləri də təhvil verdim. Başın üzərində bir saata qədər araşdırma aparıldı. Nə biləydik ki, illər sonra ortaya belə iddialar atılacaq? Melkonyanın başından da qiymətli məlumatlar gətirmişdik, həmin məlumatlar əsasında ermənilərin hərbi bazası məhv edildi. İndi bu məsələlərin ortaya atılması xain niyyətdən başqa bir şey deyil".

Elnarə Əlosmanqızı
AzNews.az