Kazanda terrorçulara qarşı əməliyyat

Tatarıstanın Kazan şəhərində Xüsusi Təyinatlılar terroçulara qarşı əməlyyat keçirir. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçular Ximikov küçəsindəki mənzildə mühasirəyə alınıb.

İçəridə nə qədər terrorçunun olması barədə hər hansı məlumat verilmir. Sadəcə bildirilir ki, bütün şəhərdə anti-terror rejimi tətbiq edilib, küçələrə giriş-çıxış bağlanılıb. Terrorçularla baş verən atışma zamanı bir xüsusi təyinatlının öldüyü bildirilir. Ətraf ərazilərdən isə, vətəndaşlar evakuasiya edilib.

Sadiq Musa
AzNews.az