- Köhnə - Hadisə
- 26 Oktyabr 2012 06:10
- 2 724
Orta məktəbdə qanlı dava: 15 yaşlı oğlan bıçaqlandı
Yaralı dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, 10-cu sinif şagirdi olan A.Bəndəliyevi həmin məktəbin 8-ci sinfində oxuyan 1998-ci il təvəllüdlü Babayev Əsəd Azər oğlu bıçaqlayıb.
Məlum olub ki, həmin gün məktəbin ayaqyolunda məktəblilər dalaşıblar. Bu zaman 14 yaşlı Ə.Babayev üzərində gəzdirdiyi bıçaqla Asəfi vurub. Şagirdlərin bildirdiyinə görə, onlar qız üstündə dalaşıblar.Fakt üzrə araşdırmalar davam etdirilir.
AzNews.az