"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub. "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub.

Daha bir vəzifəli şəxs həbs olundu - Korrupsiya, dələduzluq....(Yenilənib)

"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub.

AzNews.az xəbər verir ki, əməliyyat dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirlib.

Binəqədi rayon Məhkəməsinə aparılan baş mühasib haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. Oqtay Rüstəmov Cinayət Məcəlləsinin 3 maddəsi (vəzifədən sui-istifadə etmə, dələduzluq və korrupsiya) ilə təqsirli bilinib.


"Aztelekom" MMC-dan AzNews.az-a verilən məlumata görə, Oqtay Rüstəmov işə çıxmır: "Oqtay Rüstəmov xəstə olduğu üçün işə gəlmir. Amma o, həbs olunmayıb".

10:40
***

Binəqədi rayon Məhkəməsi "Aztelekom" MMC-nin yalanını çıxarıb. Məhkəmədn AzNews.az-a verilən məlumata görə, baş mühasib haqqında məhkəmə prosesi dünən qapalı şəkildə keçirilib: "Prosesə hakim Mirheydər Zeynalov sədrlik edib. Qapalı şəkildə keçirilən iclasda hakimin qərarı ilə onun haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. İclasda müdafiə tərəfinin nümayəndələri də iştirak edib".

Qeyd edək ki, baş mühasibin tutulması əməliyyatı dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Oqtay Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb.

Sevinc