Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Bakı-Qazax magistralında ağır qəza - 1 ölü, 4 yaralı (Yeniləndi)

Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu Daş Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı avtomobillə "VAZ 21011"in toqquşması nəticəsində "VAZ"ın sürücüsü, Ağstafa rayon Sağ Kəsəmən kənd sakini 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi, sərnişin 1988-ci il təvəllüdlü Mahmud İbrahimov və "KİA" nın sərnişinləri Qazax rayon Kommuna kənd sakinləri 1992-ci il təvəllüdlü Gülnar Cəlilova, 1980-ci il təvəllüdlü Səyalı Mirzəliyeva və 1974-cü il təvəllüdlü Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***
19:45

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Dağ Kəsəmən ərazisində qeydə alınıb.

Qəzada bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Ağstafa Rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.