Azərbaycanda daha bir tarixi şəxsiyyətə hörmətsizlik edilib. Azərbaycanda daha bir tarixi şəxsiyyətə hörmətsizlik edilib.

Zeynalabdin Tağıyevin heykəlini zibilliyə atdılar - FOTO

Azərbaycanda daha bir tarixi şəxsiyyətə hörmətsizlik edilib.

AzNews.az xəbər verir ki, Xaçmaz rayonunda milyonçu Hacı Zeynalabdin Tağıyevin heykəli zibilliyə atılıb. Heykəlin fotosu sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, Tağıyevin Xaçmaz rayonunun mərkəzi küçəsində olan heykəli yerinin dəyişdirilməsi adı ilə oradan götürülüb və mərkəzdən kənar bir yerə atılıb.



Xaçmaz Rayonu İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova AzNews.az-a açıqlamasında isə Z.Tağıyevin büstünün hazırda muzeydə olduğunu deyib: "O abidə zibillikdə deyil. Xaçmazda bir bulaq kompleksi var. Kompleks iki hektara yaxın ərazini əhatə edir. Həmin ərazidə açıq səma altında bizim "Şəxsiyyətlər muzeyi"miz var. Zeynalabdin Tağıyevin abidəsi də "Şəxsiyyətlər muzeyi"ndə qoyulub.

Y.Məsimova qeyd edib ki, həmin muzeydə 53 görkəmli şəxsin abidəsi var.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı hörmətsilik edilmişdi. Tarixi şəxsiyyətin Gəncədə olan büstü torba ilə örtülmüşdü.

Bahar RÜSTƏMLİ
AzNews.az