Sabirabad rayonunun Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb. Sabirabad rayonunun Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb.

Bakı, Quba və Sabirabadda yanğın

Sabirabad rayonunun Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb.


AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonunun Qəçrəş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m tikilinin 8 otağından ikisinin tavanı 30 kv.m sahədə və yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Tikililərin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Bakıda qeydə alınıb. Xətai rayonunda çoxmənzilli yaşayış binasında ümumi sahəsi 64 kv.m olan 3 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 2 kv.m sahədə və paltaryuyan maşın yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.