Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib. Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib.

Dakar rallisində qəza - 10 nəfər xəsarət aldı

Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib.



Yarışın "proloq"unda çinli xanım yarışçı Qo Meylinin idarəetməni itirməsi avtomobilin yoldan çıxaraq qoruyucu hasara çırpılması ilə nəticələnib. Amma toqquşma yüksək sürətdə olduğundan 10 nəfər xəsarət alıb.

"Sent Fransis" xəstəxanasının baş həkimi Daniel Modesto dördü uşaq şöbəsinə gətirilməklə 10 pasiebtin hospitala giriş etdiyini bildirib. Onun sözlərinə görə, xəsarət alanlar arasında hamilə qadın da var. Amma xoşbəxtlikdən onun durumu qənaətbəxşdir.

Ata və onun 14 yaşlı oğlunun durumu isə ağır dəyərləndirilir. Qeyd edək ki, onlar hadisə yerindən helikopterlə hospitala gətirilib.

Report.az