Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

İki maşın toqquşdu - 2 nəfər ağır yaralı - Foto

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə "VAZ 2106" markalı "42-BG-311" dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "Mercedes" markalı "90-RN-977" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində baş verib.

Şahidlərin sözlərinə görə, sürətlə hərəkətdə olan "Jiquli" yoldan çıxaraq dönmək istəyən "Mercedes"ə çırpılıb. Nəticədə "VAZ 2106"ın sürücüsü, 40 yaşlı Bağırov Zaur Qadir oğlu ağır bədən xəsarətləri alıb. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomaşında olan 33 yaşlı sərnişin Tağıyeva Aytən Ətrafil qızı isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxananın Qəbul şöbəsindən yaralıların müxtəlif ciddi bədən xəsarətləri aldıqları bildirilib.

Faktla bağlı DYP əməkdaşları tərəfindən araşdırma aparılır.