Minik avtomobili ilə motosiklet toqquşdu - Ölən var

Lənkəran-Boradigah şossesinin Zövlə kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, "VAZ 21015" markalı "44 BK 905" dövlət nömrə nişanlı minik avtomobili ilə motosiklet toqquşub.

Motosikletin sürücüsü, Zövlə kənd sakini 61 yaşlı Ayaz Salayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.