- Köhnə - Hadisə
- 15 Yanvar 2016 16:09
- 6 268
“Günəşli” yatağında daha bir quyuda yanğın söndürüldü

”Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tədbirləri davam etdirir.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, qaz quyularından birində yanğın söndürülüb.
Digər quyularda yanğının söndürülməsi üçün işlər davam etdirilir.
APA.az