“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XX turunda "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun haqda danışıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XX turunda "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Qurban Qurbanov: “Komanda tam hazır deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XX turunda "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun haqda danışıb.


Təcrübəli mütəxəssis bunları deyib:

"AZAL-a məğlub olsaq da, futbolçulardan razı qaldım. Komanda tam hazır deyil. "Xəzər Lənkəran"la oyunda qələbə qazanmağa çalışacağıq. Çempionatda zəif komanda yoxdur. Qarşıdakı iki dövrə daha çətin keçəcək".

"Qarabağ"ın baş məşqçisi hücum xəttini gücləndirməyin vacibliyini vurğulayıb:

"Dünya futbolunda hücum xəttinin gücləndirilməsinə daim ehtiyac var. Bilirsiniz ki, hər iki hücumçumuz zədəlidir. Komandamızda forvardların sayının çox olmasını istərdik. Hazırda da axtarışdayıq".

Supersport.az